Modern.az

Akşenerin \"qızım\" dediyi siyasətçi də İYİ Partiyadan İSTEFA VERDİ

Akşenerin \

28 İyun 2024, 12:02

Türkiyədə İYİ Partiyanın qurucularından biri olan siyasətçi Sevin Çağlayan Koray Aydının ardınca istefa verib.

 

Modern.az xəbər verir ki, o, X-də paylaşım edərək istefa verdiyini açıqlayıb.

 

Partiyada Mərkəzi İdarə Heyətinin üzvü, millət vəkili və bələdiyyə başqanlığına namizəd kimi fəaliyyət göstərən Çağlayan 27 aprel 2024-cü il tarixində keçirilən qurultayla vəzifəyə başlayan başqan Müsavat Dərvişoğlunun qurduğu strukturun çoxlu səhvlər və düzəlməz problemləri olduğunu bəyan edib.

 

İYİ Partiyanın keçmiş sədri Meral Akşeneri AKP sədri və prezident Rəcəb Tayyib Ərdoğanla detalları ictimaiyyətə açıqlanmayan görüşünün “bardağı daşıran son damla” olduğunu bildirən Çağlayan partiya rəhbərliyini dəqiq mövqe tutmadığına görə tənqid edib.

 

Çağlayanın istefasından 4 ay əvvəl - 14 fevral 2024-cü il tarixində İYİ Partiya Qərargahında keçirilən bələdiyyə seçkilərində namizədlərin təqdimat yığıncağında Çağlayanın Ankaranın Etimesqut rayonundan namizəd olmasını istəyən təşkilat üzvlərinin etirazı ilə yığıncaqda dava düşmüşdü. Daha sonra Akşener Çağlayanın Yenimahalle üçün namizəd olduğunu açıqlamışdı.

 

Çağlayan ağlayaraq onu qucaqlayanda Akşener demişdi: "Hamının yanında deyirəm, Sevin mənim qızımdır, sona qədər Sevinin arxasında dayanacağam”.

Bu xəbər ilə bağlı
Koray Aydın İYİ Partiyadan istefa verdi - YENİLƏNİB
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?