Almaniya müdafiə konserni "Rheinemtall" ilin sonuna qədər Ukraynaya ilk "Lynx" piyada döyüş maşını təhvil verə bilər.
Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Şirkət 2024-cü ilin birinci yarısı üçün fəaliyyətinin nəticələrini əks etdirən təqdimat dərc edib və slaydlardan biri xüsusi olaraq Ukrayna ilə layihələrə həsr olunub.
Təqdimatda deyilmir ki, söhbət birbaşa Ukraynada istehsaldan gedir.
"Lynx IFV" geniş konfiqurasiyaya malikdir və döyüş kəşfiyyatı, tibbi, komanda və heyət maşını və ya piyada döyüş maşını kimi istifadə edilə bilər.