Modern.az

Navalnının bioqrafiyası satışa çıxır - 22 OKTYABRDAN

Navalnının bioqrafiyası satışa çıxır - 22 OKTYABRDAN

Dünya

2 Sentyabr 2024, 14:40

Rusiyada həbsdə müəmmalı şəkildə ölən müxalif siyasətçi Aleksey Navalnının bioqrafiyası oktyabrın 22-də satışa çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Patriot” kitabına həsr olunmuş internet saytında məlumat verilib.

 

Lakin Rusiya və Belarusa çatdırılma olmayacaq. Məlumatda deyilir ki, nəşrin satışı oktyabrın 22-də 36 ölkədə 26 dildə başlayacaq. Daha sonra elektron və audio versiyaların buraxılması planlaşdırılır. Kitabın Rusiya və Belarusa çatdırılması mümkün deyil, çünki nəşriyyatlar “gömrükdə çatdırılma və problemin olmamasına” zəmanət verə bilmirlər.

 

“Aleksey Navalnı bu kitabı 2020-ci ildə Noviçok zəhərlənməsindən sonra yazmağa başlayıb. Mətnin böyük hissəsi onun Almaniyada reabilitasiyası zamanı tamamlanıb. Rusiyaya qayıtdıqdan və həbs olunduqdan sonra Navalnı yazışma hüququndan tamamilə məhrum olana qədər xatirələrini yazmağa və həbsxana gündəliklərini saxlamağa davam edib. 2024-cü il fevralın 16-da Aleksey Navalnı öldürüldü”, - nəşrin elanında deyilir.

Bu xəbər ilə bağlı
Aleksey Navalnı vəfat etdi
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza