Modern.az

Aleksey Navalnı vəfat etdi

Aleksey Navalnı vəfat etdi

Dünya

16 Fevral 2024, 15:20

Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə RİA Federal Penitensiar Xidmətə istinadən məlumat yayıb.

 

Məlumata görə, Navalnıya "bütün lazımi reanimasiya tədbirləri göstərilib", lakin onlar müsbət nəticə verməyib.

 

“2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum A.A.Navalnı gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün lazımi reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib. Təcili tibbi yardımın həkimləri məhkumun ölümünü təsdiqləyiblər”, - idarədən bildirilib.

 

Rusiya hakimiyyətinə yaxın kanalların məlumatına görə, Aleksey Navalnı qan laxtalanmasından (tromb) vəfat edib. Rusiya İstintaq Komitəsinin yerli idarəsi siyasətçinin ölümü ilə bağlı araşdırmalara başlayıb.

 

Navalnının vəkili Leonid Solovyov müdafiə etdiyi şəxsin ölümü ilə bağlı “Novaya qazeta”nın xəbərini şərh etməkdən imtina edib. “Aleksey Navalnının ailəsinin qərarı ilə mən heç nəyi şərh etmirəm".

 

Müxalifətçinin mətbuat katibi Kira Yarmış qeyd edib ki, Alekseyin vəkili indi Karp şəhərinə uçur.

 

Qeyd edək ki, fevralın 14-də 27-ci dəfə cəzaçəkmə kamerasına salınmışdı.

 

4 iyun 1976-cı ildə anadan olan siyasətçi 48 yaşında dünyasını dəyişib.

 

Rusiyanın ən tanınmış müxalifət lideri Aleksey Navalnı 2020-ci ilin avqustunda Sibirdə sinir sistemini iflic edən "Noviçok"la zəhərlənərək müalicə olunmaq üçün Almaniyaya aparılıb. Moskva zəhərlənmə ilə hər hansı əlaqəsi olmadığını bildirib və bu barədə yayılan məlumatları təkzib edib.

 

Müalicədən sonra bütün israrlara baxmayaraq Navalnı 2021-ci ildə könüllü olaraq Rusiyaya qayıtdı və bu cəsarəti ilə dünyada heyranlıq qazandı. Navalnı ölkəsinə gələn kimi dərhal həbs olundu. O, saxta hesab etdiyi dələduzluq və digər ittihamlarla məhbəsdə cəza çəkirdi. Onun siyasi hərəkatı qadağan edilib və "ekstremist" elan edilib. Bu yaxınlarda onun həbs müddəti ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla artırıldı... Ətraflı: Putinin mübhəm taleli düşmənləri - Priqojindən Navalnıya

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi