Modern.az

Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi 

Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi 

Dünya

13 Noyabr 2024, 08:34

ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

 

Modern.az-ın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər Cənubi Qafqazda ləyaqətli və davamlı sülhün əldə olunmasının vacibliyini müzakirə ediblər.

 

Həmçinin telefon danışığı zamanı Livan və İsrail əhalisinin öz torpaqlarına qayıtmasını təmin edən BMT TŞ-nin 1701 saylı qətnaməsinin icrası, Qəzzada münaqişənin başa çatmasının və Fələstin əhalisinə humanitar yardımın çatdırılmasının vacibliyi müzakirə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ