Modern.az

Rusiyada güclü zəlzələ

Rusiyada güclü zəlzələ

16 Noyabr 2024, 09:24

Rusiyanın İrkutsk vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.

Modern.az-ın məlumatına görə, bu barədə İrkutsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, seysmik hadisə Slyudyanka rayonunda, Buryatiya Respublikasının Vıdrino yaşayış məntəqəsindən 32 km məsafədə qeydə alınıb.

"Episentrdə intensivlik 5.3 bal təşkil edib. Dağıntı və xəsarət alanlar yoxdur", - deyə məlumatda qeyd olunub.

Qurum bildirib ki, Baykalsk, İrkutsk, Slyudyanka, Şelexovda təkanlar 2-3 bal gücündə hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR