Modern.az

Putinlə danışmaq fikrim yoxdur!

Putinlə danışmaq fikrim yoxdur!

Dünya

18 Noyabr 2024, 12:17

Britaniya Baş Naziri Starmer Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırmır.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, planlarına Putinlə telefon danışıqları daxil deyil: “Kansler Şolts kiminlə danışır, onun öz işidir. Cənab Putinlə danışmaq fikrim yoxdur”.

 

Starmer həmçinin bildirib ki, Kiyevin Qərb tərəfdaşları Ukrayna tərəfinə yardımın həcmini artırmalıdır.

 

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts bir neçə gün əvvəl Putinlə Ukraynanı müzakirə edib.

Sizə yeni x var
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ