Modern.az

Putin nüvə stansiyasından danışdı

Putin nüvə stansiyasından danışdı

Dünya

28 Noyabr 2024, 22:51

Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən danışıqlarda Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) yaradılması mövzusunun müzakirə olunduğunu bildirib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı mətbuat konfransında bildirib: “Əgər Qazaxıstan nüvə enerjisi sahəsində layihələr həyata keçirərsə, təbii ki, hər bir sifarişçi kimi, onun özü üçün ən məqbul texnoloji həllər və maliyyə sxemlərini seçmək hüququ var”.

 

Putinin sözlərinə görə, Rusiyanın “Rosatom” şirkəti öz sahəsində o cümlədən, xaricdə tikilməkdə olan AES-lərin sayına görə də dünyanın ən böyük şirkətidir.

 

“Biz, bir qayda olaraq, bu cür fəaliyyətə başlayan ölkədə sənaye yaradırıq. Biz kadrlar hazırlayır, lazımi materialları tədarük edirik, işlənmiş yanacağı götürürük və nüvə sahəsində elmin inkişafına töhfə veririk”, - deyə V.Putin qeyd edib.

 

Rusiya Federasiyasının Prezidenti vurğulayıb ki, son qərarı həmişə sifarişçi verir.

 

“Əgər tərəfdaşlarımız arasında, bu halda Qazaxıstanda, bəzi həlləri, o cümlədən üçüncü ölkələrin texnoloji həllərini tətbiq etmək, onların mütəxəssislərini birgə işə cəlb etmək ehtiyacı və istəyi varsa, bu da mümkündür və “Rosatom” belə bir təcrübəyə malikdir” – deyə Rusiya rəhbəri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!