Modern.az

Antalyada güclü zəlzələ 

Antalyada güclü zəlzələ 

Dünya

29 Noyabr 2024, 23:44

Türkiyənin Antalya vilayətində zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Qazipaşa rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.8 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 34.79 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!