Amerikalı müğənni Britni Spirs əri, aktyor və fitnes məşqçisi Sem Askari ilə rəsmən boşanıb.
Modern.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
“Dekabrın 2-də estrada ulduzunun subay qadın olduğu rəsmən elan edilib”, - məlumatda deyilir.
Xatırladaq ki, cütlük 2022-ci ildə ailə həyatı qurub. Nikah qapalı mərasimlə baş tutub.