Modern.az

Əsəd rejiminin sonu çoxdan gözlənilirdi - 

Əsəd rejiminin sonu çoxdan gözlənilirdi - Aİ

Dünya

8 Dekabr 2024, 17:42

Avropa İttifaqı (Aİ) Suriyada baş verən hadisələrə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb.

 

O bildirib ki, Bəşər Əsəd hakimiyyətinin sonu çoxdan gözlənilən hadisə idi:

 

“Bu, həm də Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var