Modern.az

Suriya müxalifəti 6 ay əvvəl Türkiyəyə məlumat veribmiş

Suriya müxalifəti 6 ay əvvəl Türkiyəyə məlumat veribmiş

9 Dekabr 2024, 09:22

Suriyada hakimiyyəti ələ keçirən müxalifət hücumundan 6 ay əvvəl Türkiyəyə məlumat verib.

Modern.az-ın xəbər görə, bu barədə "Reuters" agentliyi bildirib.

Müxalifət Türkiyə tərəfini Suriya hakimiyyətinə qarşı genişmiqyaslı hücuma başlamaq niyyəti barədə məlumatlandırıb.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı