Fransa prezidenti Emmanuel Makron “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, Makron Gürcüstandakı vəziyyətin həllinə kömək etməyə hazır olduğunu bildirib.
Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Söhbətin Fransa prezidentinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.
“Prezident Makron Gürcüstandakı mövcud vəziyyətdən təəssüfləndiyini bildirib və onun həllinə kömək etməyə hazır olduğunu bildirib”, - açıqlamada deyilir.
İvanişvili Fransa liderinə təşəbbüsünə görə təşəkkür edib və birgə səylər ideyasını dəstəkləyib.
“Prezident Makron Gürcüstandakı mövcud vəziyyətdən təəssüfləndiyini bildirib və onun həllinə kömək etməyə hazır olduğunu bildirib”, - bəyanatda deyilir.
İvanişvili Fransa liderinə təşəbbüsünə görə təşəkkür edib və birgə səylər ideyasını dəstəkləyib.
Tərəflər dialoqu yaxın günlərdə davam etdirmək barədə razılığa gəliblər. Söhbət bir saata yaxın davam edib.
Gürcüstanda hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqlna daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq qərarına cavab olaraq noyabrın 28-də etirazlar başlayıb. Gürcüstanın müxtəlif şəhərlərində davamlı olaraq mitinqlər keçirilir, lakin Tbilisidə onlar sistemli və genişmiqyaslı xarakter alıb.
Dekabrın 4-də müxalifətin ofislərində aparılan axtarışlardan sonra külli miqdarda pirotexniki vasitələr, qaz maskaları, molotov kokteylləri, kompüterlər və digər əşyalar müsadirə olunub. Ardınca aksiyalarda vəziyyət dəyişib. Etirazlar zamanı 150-dən çox polis əməkdaşı yaralanıb. Müxalifət və qeyri-hökumət təşkilatlarının məlumatına görə, 300-dən çox insan (mitinq iştirakçıları və jurnalistlər) təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa və pis rəftara məruz qalıb.