Modern.az

Hər gün eyni saatda 15 dəqiqəlik aksiya....

Hər gün eyni saatda 15 dəqiqəlik aksiya....

Dünya

24 Dekabr 2024, 20:29

Serbiyada hər gün yerli vaxtla saat 11:52-də 15 dəqiqəlik aksiya keçirilir.

Modern.az-ın məlumatına görə, aksiya zamanı küçələrdə hərəkət dayanır, maşınlar dayanır və insanlar səssiz qalırlar.

İnsanlar noyabr ayında Serbiyanın ikinci ən böyük şəhəri olan Novi Sadda qatar stansiyasında beton örtüyünün uçması nəticəsində həlak olan 15 nəfər üçün bu aksiyanı keçirirlər.

Qeyd edək ki, faciəvi hadisədən sonra ondan çox adam saxlanılıb.

Bundan başqa ölkə ərazisində genişmiqyaslı mitinqlər də keçirilir.

Bazar günü, dekabrın 22-də on minlərlə insan paytaxt Belqrad küçələrində tələbələrə qoşularaq aksiya keçiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ