Rusiya diplomatı Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini bildirdikdən sonra Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Tatyana Barak məlumat verib.
Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyovla Moskva arasında münasibətlərə mənfi təsir göstərir.
Qeyd edək ki, Ukrayna ərazisindən qaz tranziti dayandırıldıqdan sonra Dnestryanı regionunda enerji böhranı yaşanır.