Modern.az

İran italiyalı jurnalisti sərbəst buraxdı

İran italiyalı jurnalisti sərbəst buraxdı

8 Yanvar 2025, 15:57

İtaliyalı jurnalist Sesiliya Sala İran həbsxanasından sərbəst buraxılıb.

Modern.az “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni bildirib.

Onun sözlərinə görə, jurnalist təyyarə ilə İtaliyaya qayıdır.

Bildirilib ki, Sesiliya Sala diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan intensiv iş sayəsində azad edilib.

İnformasiyaya əsasən, 29 yaşlı İtaliya vətəndaşı Sala 2024-cü il dekabrın 29-da İranın xüsusi xidmət orqanları tərəfindən həbs edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi