Modern.az

Ermənistan hökuməti Aİ-yə üzvlüklə bağlı qərar layihəsini təsdiqlədi

Ermənistan hökuməti Aİ-yə üzvlüklə bağlı qərar layihəsini təsdiqlədi

9 Yanvar 2025, 12:08

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başladılması barədə qərar layihəsini təsdiq edib.

Modern.az TASS-a istinadən xəbər verir ki, sözügedən məsələ bu gün Ermənistan hökumətinin iclasında müzakirə edilib.

Bildirilib ki, növbəti mərhələdə sözügedən məsələnin cari ayın sonunda parlamentdə müzakirəyə çıxarılacaq.

İclasda iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, bu, hələ Ermənistanın Avropa İttifaqına üzvlüyü demək deyil, çünki sözügedən məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə qəbul edilə bilər: “Lakin qeyd etmək lazımdır ki, referendumdan əvvəl müəyyən addımlar atmalı, Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi