Modern.az

Ərdoğan növbəti dəfə prezidentliyə namizəd OLA BİLƏR

Ərdoğan növbəti dəfə prezidentliyə namizəd OLA BİLƏR

12 Yanvar 2025, 09:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib.

 

Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib.

 

“Əgər sən varsansa, varam”, - deyə Ərdoğan cavab verib.

 

Bundan əvvəl Türkiyə liderinin baş müşaviri və Türkiyə Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Ucum bəyan etmişdi ki, parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan yenidən dövlət başçısı postuna namizədliyini irəli sürə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi