Modern.az

Livandakı suriyalı məhbuslar ölkələrinə qaytarılır

Livandakı suriyalı məhbuslar ölkələrinə qaytarılır

12 Yanvar 2025, 09:17

Beyrut və Dəməşq Livan həbsxanalarında saxlanılan suriyalı məhbusların vətənə qaytarılması ilə bağlı razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Müvafiq qərar Livanın Baş naziri Nəcib Mikati və Livanın xarici işlər naziri Abdullah Bu Həbibin Dəməşqə səfərindən sonra qəbul edilib.

 

“Livan həbsxanalarından bütün suriyalı məhbusların geri qaytarılması, hər iki tərəfin sərhəd təhlükəsizliyinin təmin edilməsi və narkotiklərlə mübarizədə əməkdaşlıq haqqında razılıq əldə olunub”, - bəyanatda bildirilib.

 

Bundan əlavə, tərəflər siyasi, hərbi və iqtisadi səviyyələrdə birgə komitələr yaratmaq barədə razılığa gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi