Modern.az

Donetskdə avtobus qəzası - 3 ölü, 26 yaralı

Donetskdə avtobus qəzası - 3 ölü, 26 yaralı

12 Yanvar 2025, 11:37

Ukraynanın işğal altındakı Donetsk vilayətində avtobusun qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Interfax” agentliyi məlumat yayıb.

 

“Donetsk Xalq Respublikasında avtobus qəzası nəticəsində üç nəfər həlak olub, 26 nəfər yaralanıb”, – agentlik qeyd edib.

 

Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük hissəsi 2014-cü ildən rusiyapərəst separatçıların nəzarətində olub. 2022-ci ildə isə Rusiya regionu ilhaq edib. Beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini tanımayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi