Modern.az

Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirdi - Terrorçular öldürüldü

Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirdi - Terrorçular öldürüldü

Dünya

12 Yanvar 2025, 16:43

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

 

Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" əməliyyat bölgələrində isə PKK-nın daha altı üzvü zərərsizləşdirilib.

 

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi