Modern.az

Trampın istintaqını aparan xüsusi prokuror İSTEFA VERDİ

Trampın istintaqını aparan xüsusi prokuror İSTEFA VERDİ

Dünya

12 Yanvar 2025, 17:39

Növbəti Amerika lideri olacaq Donald Trampın istintaqını aparan ABŞ-nin xüsusi prokuroru Cek Smit vəzifəsini tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə “TASS”a ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

 

Smitin şöbədəki vəzifəsini tərk edib-etməməsi ilə bağlı suala o, müsbət cavab verib.

 

Nümayəndə izah edib ki, bu, xüsusən də Florida ştatının federal dairə məhkəməsinə əvvəllər təqdim edilmiş sənədlərdən birində qeyd olunub:

 

“Xüsusi prokuror öz işini başa vuraraq 2025-ci il yanvarın 7-də yekun məxfi hesabat təqdim edib, yanvarın 10-da isə nazirlikdən istefa verib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi