Modern.az

Suriyada iğtişaşlar zamanı həbs olunan 360 nəfər azad edildi

Suriyada iğtişaşlar zamanı həbs olunan 360 nəfər azad edildi

Dünya

12 Yanvar 2025, 18:30

Suriya hakimiyyəti dekabrın sonunda Homs şəhərində (Dəməşqdən 160 km məsafədə) sabitliyin bərpası üçün təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılan vətəndaşların böyük bir qrupunu azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Vatan” qəzetinə əyalət Baş Təhlükəsizlik Müdirliyindəki mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, iğtişaşlarda iştirak edən, lakin keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə əhaliyə qarşı hərbi cinayətlərdə iştirak etməyən 360 nəfər azad edilib:

 

“Bu qərar ilkin araşdırmadan sonra verilib və sərbəst buraxılanlar Suriyanın yeni administrasiyasına qarşı heç bir düşmənçilik hərəkəti etməmək öhdəliyi götürüblər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi