Modern.az

Həbibi təyyarədən qovdular - VİDEO

Həbibi təyyarədən qovdular - VİDEO

Dünya

12 Yanvar 2025, 19:16

UFC döyüşçü Həbib Nurməhəmmədov ABŞ-də təyyarədən düşürülüb. 

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Mash" kanalı yayıb.

 

Həbibin təyyarədən düşürülməsinə səbəb stüardessa ilə dava etməsi olub. 

 

Belə ki, idmançıya təcili çıxışın yanında yer verilib. Stüardessa Həbibdən fövqəladə hallar zamanı sərnişinlərə kömək etməyə hazır olub-olmadığını soruşub. Nurməhəmmədov cavab olaraq anlaşılmaz nəsə mızıldanıb, sonra stüardessa ondan başqa yerə keçməyi xahiş edib. Lakin idmançı bu xahişə tabe olmayıb. Nəticədə mübahisə yaranıb. Kabinəyə nəzarətçi çağırılıb və Həbibdən təyyarəni tərk etməsi istənilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi