Modern.az

Elman Paşayevə qarşı yeni İTTİHAM

Elman Paşayevə qarşı yeni İTTİHAM

Dünya

14 Yanvar 2025, 22:08

Azərbaycanlı sabiq vəkil Elman Paşayevə qarşı yeni ittiham irəli sürülüb.

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. 

Hüquqşünasa qarşı açılan yeni cinayət işi pilotsuz uçuş aparatlarının uğursuz satışı ilə bağlı ola bilər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, keçmiş vəkil təyyarəni satacağına söz verərək pul alıb, lakin öhdəliklərini yerinə yetirməyib.

Qeyd edək ki, Moskvanın hərbi məhkəməsi Elman Paşayevin həbs müddətini martın 15-dək uzadıb. 

Elman Paşayev ötən il sentyabrın 18-də saxlanılıb. Rusiya İstintaq Komitəsi onun blogerlər Aleksey və Yelena Blinovskilərə qarşı 46 milyon rubl dəyərində dələduzluq etməkdə şübhəli bilindiyini açıqlayıb.

Oktyabrın 2-də İkinci Qərb Rayon Hərbi Məhkəməsi külli miqdarda dələduzluq işi üzrə keçmiş vəkilin həbsinə dair qərarı qüvvədə saxlayıb və Paşayevin müdafiəçilərinin sentyabrın 23-də verdiyi apellyasiya şikayətini təmin etməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi