Modern.az

İstanbul-Moskva reysi təxirə salındı

İstanbul-Moskva reysi təxirə salındı

Dünya

15 Yanvar 2025, 14:43

Yanvarın 15-nə nəzərdə tutulan İstanbul-Moskva hava reysi texniki səbəblərə görə təxirə salınıb.

Modern.az xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb.

Məlumata əsasən, təxirə salınmış aviareysin sərnişinləri daha böyük tutuma malik olan “Boeing 777” sərnişin təyyarəsində yerinə yetiriləcək “SU2131” reysinə yönləndiriləcəklər.

Federal aviasiya qaydaları və daxili standartlar adlı sənədə əsasən, təxirə salınmış reysin sərnişinləri pulsuz içki və qidalarla təmin olunacaq, həmçinin, şirkət hesabına hotelə yerləşdiriləcəklər.

Təxirəsalınmanın dəqiq təfərrüatı barədə məlumat verilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi