Modern.az

Məşhur rejissor 79 yaşında vəfat etdi

Məşhur rejissor 79 yaşında vəfat etdi

Dünya

16 Yanvar 2025, 23:30

Məşhur rejissor və ssenarist Devid Linç 79 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

 

Məşhur "Twin Peaks" serialının yaradıcısı kimi tanınan Linç 20 yanvar 1946-cı ildə ABŞ-nin Montana ştatının Missoula şəhərində anadan olub. 1966-cı ildə Pensilvaniya İncəsənət Akademiyasına daxil olub. Orada kinematoqrafiya ilə maraqlanan Linç 1967-ci ildə ilk qısametrajlı cizgi filmini çəkib.

 

1980-ci ildə prodüser Mel Bruksun dəstəyi ilə lentə aldığı “Fil adam” filmi səkkiz dəfə Oskar qazanıb.

 

O, “Blue Velvet”, “Mulholland Drive” serialları, həmçinin “Dune” kimi ekran əsəri ilə də tanınır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi