Modern.az

Vahid Ələkbərovun oğlu bu vəzifəsindən AYRILIR

Vahid Ələkbərovun oğlu bu vəzifəsindən AYRILIR

Dünya

17 Yanvar 2025, 08:55

Rusiyanın “Lukoil” şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Spartak” futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə “RBC Sport” məlumat yayıb.

Bildirilir ki, bu qərar ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra klubu risk altına qoymamaq istəyi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ yanvarın 10-da Y.Ələkbərova qarşı yeni sanksiyalar tətbiq edib. Neft şirkəti klubun sahibi və baş sponsorudur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi