Modern.az

Əsəddən sonra 200 min suriyalı qaçqın ölkəsinə qayıdıb

Əsəddən sonra 200 min suriyalı qaçqın ölkəsinə qayıdıb

Dünya

19 Yanvar 2025, 11:14

Suriyada Bəşər Əsəd rejiminin devrildiyi ötən ilin dekabr ayının əvvəlindən bəri təxminən 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb.

 

Modern.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “X” hesabında bildirib.

 

Suriyada 2011-ci ildən bəri davam edən qanlı vətəndaş müharibəsində işin gedişatı dəyişib və 61 illik Baas rejimi süquta uğrayıb.

 

Təxminən bir aydır ki, başqa ölkələrə sığınan suriyalılar dayanmadan artıq öz ölkələrinə qayıdırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi