“TikTok” ABŞ-də fəaliyyətini bərpa edir.
Modern.az xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Platforma ölkədə qadağan edilsə belə, tərəfdaş şirkətlər xidmətin fəaliyyətini dəstəklədiklərinə görə məsuliyyət daşımayacaqlar.
“TikTok” provayderlər ilə razılaşmaya əsasən xidmətin bərpası ilə məşğuldur. Biz prezident Trampa 170 milyondan çox amerikalının “TikTok”a çıxışını təmin edən və 7 milyondan çox kiçik müəssisənin inkişafına imkan verən provayderlərimiz üçün lazımi aydınlıq və zəmanətlər verdiyinə görə təşəkkür edirik”, – bəyanatda deyilib.