Modern.az

2025-ci il sakit il olmayacaq - Narışkin 

2025-ci il sakit il olmayacaq - Narışkin 

Dünya

23 Yanvar 2025, 10:08

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, bu il dünyada vəziyyət sakit olmayacaq.

“2025-ci ilin sakit il olmayacağı artıq bu gün aydındır”.

Modern.az xəbər verir ki, Narışkin bunu RİA Novosti agentliyinə müsahibəsində deyib:

“Çox şey regional və qlobal oyunçuların nə qədər sağlam düşüncə və dözümlülüyündən asılıdır”.

Onun fikrincə, indi birqütblü, köhnəlmiş dünya düzənindən yeni, ədalətli dünya nizamına keçid prosesinin şahidi oluruq.

"Və bu prosesin, əlbəttə, öz riskləri var, çox mürəkkəbdir", - Narışkin qeyd edib.


Moskva bəyan edib ki, birqütblü dünya nizamı qəbuledilməzdir və beynəlxalq münasibətlərin daha balanslaşdırılmış arxitekturasının cəzəlması zəruridir.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi