Modern.az

Kadırov "yoxa çıxdı" - Nazirdən REAKSİYA

Kadırov "yoxa çıxdı" - Nazirdən REAKSİYA

Dünya

30 Yanvar 2025, 08:30

Çeçenistan rəhbəri Ramzan Kadırovun uzun müddətdir görünməməsi Rusiya mətbuatında müzakirələrə səbəb olub.

Modern.az-ın məlumatına görə, bəziləri onun xəstəxanaya yerləşdirildiyini, səhhətində ciddi problem yarandığını bildirib.

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev respublika rəhbəri Ramzan Kadırovun "yoxa çıxması" ilə bağlı internetdə yayılan xəbərlərə münasibət bildirib.

Dudayev teleqram kanalında Kadırovun "yoxa çıxması" ilə bağlı məlumatları təkzib edib.

O bildirib ki, belə şayiələri düşmənlər yayır.

"Bu ilin əvvəlindən Çeçenistan lideri fəal işə başlayıb", - açıqlamada deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM