Modern.az

Yunanıstan Ermənistana S-300 sistemləri verəcək? - Nazirdən CAVAB

Yunanıstan Ermənistana S-300 sistemləri verəcək? - Nazirdən CAVAB

Dünya

12 Fevral 2025, 12:08

Bir müddət əvvəl Yunanıstan mətbuatında bu ölkənin Ermənistana  S-300 hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırdığına dair xəbərlər yayılıb.

Modern.az xəbər verir ki, Yunanıstanın milli müdafiə naziri Nikos Dendias məsələyə münasibət bildirib.

O, Ermənistana raket sisteminin ötürülməsi xəbərlərini təkzib edib

Yunanıstanın müxalifət ideri Kiriakos Velopulosun parlament sorğusuna cavab verən Dendias belə bir qərarın verilmədiyini deyib.

İddialarda deyilir ki, Yunanıstan Müdafiə Nazirliyi Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-300-ləri istismardan çıxarmaq istəyir və bu sistemlər Fransa və digər tərəfdaşların iştirakı ilə daha geniş strateji əməkdaşlığın bir hissəsi kimi Ermənistana verilə bilər.

“Hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkələrə təhvil verilməsi ilə bağlı heç bir qərar verilməyib. Hər halda, Milli Müdafiə Nazirliyi Yunanıstanın bütün ərazisində tam müdafiə qabiliyyətini saxlamağa sadiqdir”, - Dendias deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum