Modern.az

Moskva Zelenskinin təklifini RƏDD ETDİ

Moskva Zelenskinin təklifini RƏDD ETDİ

Dünya

12 Fevral 2025, 17:46

Rusiya heç vaxt öz ərazilərinin dəyişdirilməsi məsələsini müzakirə etməyib və etməyəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin müvafiq açıqlamalarını şərh edərkən deyib:

“Bu, mümkün deyil. Rusiya heç vaxt öz ərazisinin dəyişdirilməsi məsələsini müzakirə etməyib və müzakirə etməyəcək”

Fevralın 11-də Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmağa nail olsa, o zaman Rusiyaya ərazi mübadiləsi təklif etməyə və Kiyevin Rusiya Federasiyasının Kursk vilayətində ələ keçirdiyi torpaqları Moskvaya verməyə hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!