Modern.az

Siniroğlu bu dəfə Paşinyanla görüşdü

Siniroğlu bu dəfə Paşinyanla görüşdü

Dünya

15 Fevral 2025, 19:30

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yazıb.

 

Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan – ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub.

 

Həmçinin Ermənistan – Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

 

ATƏT Baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi