Modern.az

Qərbdəki parçalanma bizi zəiflədir - Baş nazir

Qərbdəki parçalanma bizi zəiflədir - Baş nazir

Dünya

1 Mart 2025, 09:38

İtaliya müttəfiqlərinə Vaşinqtonun iştirakı ilə təcili sammit keçirməyi təklif edəcək.

Modern.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Giorgia Meloni bildirib.

O, bu barədə Donald Tramp və Vladimir Zelenski arasında iki prezident arasında mübahisə ilə nəticələnən danışıqlardan sonra danışıb.

"Qərbdəki hər bir parçalanma bizi daha da zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərin xeyrinədir", - Meloni qeyd edib.

O əlavə edib ki, Qərb ölkələri "Ukraynadan başlayaraq ciddi çağırışların öhdəsindən gəlməyi" müzakirə etməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi