Modern.az

Türkiyə Putini gözləyir

Türkiyə Putini gözləyir

Dünya

3 Mart 2025, 09:47

Türkiyə ən yüksək səviyyədə Rusiya prezidenti Vladimir Putinin səfərini gözlədiyini açıqlayıb.

Modern.az-ın xəbərnə görə, bu barədə “RİA Novosti” Türkiyə paytaxtındakı yüksək rütbəli diplomatik mənbəyə istinadən məlumat verib.

"Biz ən yüksək səviyyədə bildirdik ki, hörmətli Vladimir Putini gözləyirik", - agentliyin mənbəsi bildirib.

Mənbə Rusiya liderinin Türkiyəyə səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı suala aydınlıq gətirəndə “konkret tarixlər olmadığını” deyib.

Bir müddət əvvəl Türkiyəyə səfər edən Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirmişdi ki, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə onun səfərinin gözlənildiyini çatdırmağı xahiş edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur