Modern.az

Avropa ölkələrinə daha çox ümidim var - Zelenski

Avropa ölkələrinə daha çox ümidim var - Zelenski

26 Mart 2025, 22:41

Ordunun maliyyələşdirilməsini təmin etmək üçün artıq maliyyə resursları yoxdur. 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində bildirib.

O qeyd edib ki, buna görə Ukrayna ordusu Qərb dövlətləri, ilk növbədə, Avropa ölkələri tərəfindən maliyyələşdirilməlidir.

"Hazırda problem budur, çünki ordumuz heç vaxt indiki qədər böyük olmayıb. Ordu üç dəfə böyüdükdə əlavə maliyyə vəsaiti lazım olur. Ukrayna büdcəsi onu həyata keçirmək üçün kifayət deyil”, - prezident Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, Avropanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə biləcəyi ayrıca proqramlar yaratmaq lazımdır.

“Həm Avropa, həm də Amerika maliyyə ayırsa, ideal olardı, lakin indiki şəraitdə mənim Avropa ölkələrinə daha çox ümidim var”, - o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal