Türkiyənin məşhur müğənnisi Volkan Konak vəfat edib.
Modern.az xəbər verir ki, o, Şimali Kiprdə konsert zamanı infarkt keçirib.
Bütün müdaxilələrə baxmayaraq, müğənninin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Volkan Konak Türkiyədə özünəxas üslubu ilə tanınırdı. 58 yaşlı sənətçi "Cerrahpaşa", "Mimoza çiçeğim", "Yarim yarim" kimi əsərlərlə musiqi dünyasına öz töhfəsini verib.