Modern.az

Putinlə deyil, Rusiyadan başqa biri ilə danışıqlara hazırıq! - Zelenski

Putinlə deyil, Rusiyadan başqa biri ilə danışıqlara hazırıq! - Zelenski

Dünya

2 Aprel 2025, 16:08

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi Kiyevin Rusiya prezidenti Vladimir Putinlə deyil, Rusiya ilə birbaşa danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə “İnterfaks”ın Ukrayna xidməti məlumat yayıb.

"Düşünürəm ki, prinsipcə biz onunla, Putinlə deyil, Rusiyanı təmsil edəcək başqa biri ilə danışmağa razılaşa bilərik", - prezident Zelenski deyib. Ukrayna prezidenti əlavə edib ki, Rusiyada Ukrayna ilə danışıqlar apara bilən və Kiyevlə Moskva arasında münaqişəni necə bitirmək barədə təsəvvürləri olan insanlar var.

Bu ilin aprel ayının ortalarında, ilkin versiyaya görə, Rusiya-Ukrayna danışıqlarının yeni raundu Səudiyyə Ərəbistanında, Ukraynanın nizamlanma gündəliyi ilə baş tuta bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi