Modern.az

Zelenski Trampı Ukraynaya dəvət etdi

Zelenski Trampı Ukraynaya dəvət etdi

Dünya

14 Aprel 2025, 08:37

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampı ölkəyə səfərə dəvət edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

 

“Lütfən, hər hansı bir qərar qəbul etməzdən, hər hansı danışıqlar aparmazdan əvvəl gəlin və insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”, - deyə Zelenski bildirib.

 

O əlavə edib ki, Tramp səfərindən sonra Ukraynada nə baş verdiyini başa düşəcək.

 

Aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin münaqişənin həlli üçün saziş bağlamağa hazır olduqlarını bildirib. Amerika Prezidenti əmin olduğunu deyib ki, o, Avropa liderlərindən fərqli olaraq bu məsələdə irəliləyişə nail ola biləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?