Modern.az

Türkiyədən İrana BAŞSAĞLIĞI

Türkiyədən İrana BAŞSAĞLIĞI

Dünya

27 Aprel 2025, 09:38

Türkiyə Xarici İşlər Nazirliyi İrana Bəndər Abbas şəhərindəki Şəhid Raci limanında baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananlarla bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

 

“Biz dərin kədər hissi ilə öyrəndik ki, bu gün (26 aprel) İranın Hörmüzqan ostanının Bəndər Abbas şəhərindəki Şəhid Raci limanında baş verən partlayış nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Həlak olanların ailələrinə və İran xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə məlumatda bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı