Modern.az

Zelenski keçmiş müşavirini "qara siyahı"ya saldı

Zelenski keçmiş müşavirini "qara siyahı"ya saldı

Dünya

1 May 2025, 19:32

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müşaviri Aleksey Arestoviçə sanksiya tətbiq edib.

Modern.az xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.

Sanksiyalar on il müddətinə tətbiq edilib. Belə ki, ona uyğun olaraq aktivləri bloklanacaq, Arestoviçin sosial şəbəkələrdəki səhifələrinə giriş məhdudlaşdırılacaq, həmçinin onun Ukrayna ərazisində məlumat yayması qadağan ediləcək.

Qeyd edək ki, 2023-cü il yanvarın 14-də Dneprdə çoxmərtəbəli binanın girişinin çökməsinə Ukrayna qüvvələri tərəfindən vurulan raket səbəb olduğunu iddia edən Arestoviç həmin ilin yanvarında istefa verib. Daha sonra üzr istəyib və sözlərini səhv adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?