Modern.az

Ukraynada dustaqlar da müharibəyə APARILIR

Ukraynada dustaqlar da müharibəyə APARILIR

Dünya

7 May 2025, 15:30

Ukraynada cəzaçəkmə müəssisələrindəki məhkumların 20-30 faizini orduda xidmət etməyə aparacaqlar.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna ədliyyə nazirinin müavini Yevgeni Pikalov “Ukrinform”a müsahibəsində danışıb.

"Bu gün 8300-dən çox məhkum Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub, daha 1000 müraciətə baxılır. Biz 100 qadını da səfərbər etmişik. Əgər bu təşəbbüsün potensialından danışsaq, proqnozlarımıza görə, məhkumların ümumi sayının təxminən 20-30%-i Ukraynada bu imkandan istifadə edə və dövlətin müdafiəsinə qalxa bilər".

Pikalovun fikrincə, məhkumlar Rusiya təcavüzünün davam etdiyi şəraitdə silahlı qüvvələr üçün mühüm kadr ehtiyatına çevrilə bilər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər