Modern.az

Orbandan Budapeşt sammiti PAYLAŞIMI

Orbandan Budapeşt sammiti PAYLAŞIMI

Dünya

21 May 2025, 23:21

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan dövlət başçılarına təşəkkür ünvanlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Sülhə sarsılmaz sadiqliyinə görə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edirəm. Müharibə nəticəsində yaranan enerji böhranı ilə mübarizədə bizə yardım etmək üçün əməkdaşlığınız mühüm əhəmiyyət kəsb edir. Sülh içində birləşərək, birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik".

Qeyd edək ki, bu gün Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının liderləri sammit keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI