Ağ Evdə jurnalistlərin ABŞ-ın Ukraynaya dəstəyini davam etdirib-etməyəcəyi ilə bağlı suallarını cavablandıran prezident Donald Tramp müsbət cavab verib.
Modern.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, Tramp deyib:
"Bəli, mən Ukraynanın yanındayam. Biz Ukrayna ilə nadir torpaq elementlərinə dair böyük bir müqavilə imzaladıq və... Bilirsiniz ki, mənim istədiyim şey qətliamın dayandırılmasıdır, mən yenə də bunun tərəfdarıyam, əslində müharibə başlamamalı idi".
O, ABŞ və Avropanın Ukraynaya dəstəyindən də danışıb.
"Bu, bir az puldur ki, xərclənir, amma əsas deyil. Ən əsası ölümdür", - ABŞ prezidenti fikrini yekunlaşdırıb.