Amerikalı milyarder İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
Mask iddiasını keçirdiyi sorğuyla əsaslandırıb. Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 80,4%-i yeni partiyanın yaradılmasını dəstəkləyib.
Bir sutka ərzində sorğuda 5,6 milyondan çox istifadəçi iştirak edib.
“İnsanlar fikirlərini bildirdilər. Amerikada yeni bir siyasi partiyaya ehtiyac var” – deyə Mask bildirib.
Maskın bu paylaşımı onun yeni siyasi partiya yaratmaq iddiasında olması kimi şərh edilib.