Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Modern.az-ın məlumatına görə, səfərlə bağlı Rusiya tərəfi bildirib ki, görüşdə Avropa regionundakı vəziyyət, müasir çağırışlar və təhdidlər, eləcə də Rusiyaya qarşı aparılan hibrid müharibə kontekstində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin vəziyyəti ətraflı təhlil edilib. Müzakirə olunan məsələlərin geniş spektri üzrə gələcək üçün tövsiyələr formalaşdırılıb.
Müşavirədə təmsil olunan Rusiya xarici nümayəndəliklərinin fəaliyyəti, o cümlədən onların kadr və maddi-texniki təminatı məsələləri ətraflı müzakirə olunub.
Rusiyalı diplomatlar Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri, Bakı və Azərbaycan yepiskopu Aleksi ilə görüşüblər.