Modern.az

İlon Mask qalmaqallı postunu sildi

İlon Mask qalmaqallı postunu sildi

Dünya

7 İyun 2025, 16:56

Milyarder İlon Mask "X" hesabında yazdığı və Donald Trampın qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adının hallandığını iddia etdiyi paylaşımı silib.

Modern.az xəbər verir ki, linkə keçid edilən zaman yazının artıq mövcud olmadığı bildirilir.

Qeyd edək ki, İlon Mask daha əvvəl etdiyi paylaşımda Donald Trampın Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adının keçdiyini iddia etmişdi.

"Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Trampın Epşteyn işində adı keçir. Bu, faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbidir. Gününüz xeyirli olsun, Donald Tramp!" - deyə Mask paylaşımında bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi