Modern.az

Trampdan Maska xəbərdarlıq

Trampdan Maska xəbərdarlıq

Dünya

7 İyun 2025, 22:31

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun milyarder İlon Maskla dostluq münasibətlərini bərpa etmək fikri yoxdur.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə "NBC News"a telefonla müsahibəsində danışıb.

 

Trampın sözlərinə görə, onun prezident administrasiyasına hörmətsizlik göstərən Maskla danışmaq üçün vaxtı yoxdur.

 

Dövlət başçısı Maska sərt xəbərdarlıq edib və bildirib ki, əgər iş adamı Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, bunun ciddi nəticələri olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi